Vergi ödəyicilərinə ŞAD XƏBƏR: Bu sanksiya ləğv edildi

Vergi Məcəlləsində son dəyişikliklərdə vergi ödəyicilərinin mənafelərinə xidmət edən bir sıra dəyişikliklər edilib. Onlardan biri də hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim olunmamasına görə tətbiq edilən maliyyə sanksiyasının ləğv olunması ilə bağlıdır.
Avtosfer.az-ın apa-ya istinadla xəbərinə görə, Dövlət Vergi Xidmətinin əməkdaşı Anar Cabbarov qeyd edib ki, təcrübədə bir sıra vergi ödəyiciləri (xüsusilə mikro sahibkarlıq subyektləri) bir çox hallarda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatın olmaması barədə arayışı təqdim etmir (əksər hallarda qanunvericiliyin tələblərini bilməməsi səbəbindən) və vergi orqanı tərəfindən həmin şəxslərə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunurdu: "Bu isə vergi öhdəliyi yaranmayan vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmasına səbəb olurdu. Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, bundan sonra maliyyə sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan, yəni vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə tətbiq olunacaq".
Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatın olmaması barədə arayışı təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilməyəcək.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












