Vətən Müharibəsi haqda kitab yazacaqdı - FOTO

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi, baş leytenant Famil Əhmədzadə Tərtərin Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.
Şəhidin əmisi oğlu Bəxtiyar Əhmədov bildirib ki, F. Əhmədzadə Azərbaycanın Vətən Müharibəsi haqqında kitab yazmaq arzusunda olub.
“Famil 1975-ci ilin sentyabrın 23-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Politologiya İnstitutunu bitirib. İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseydə tarix müəllimi işləyirdi .Səfərbərliklə əlaqədar sentyabrın 30-da könüllü cəbhəyə döyüşə gedib. Bizdə olan məlumata görə, oktyabrın 13-dən 14-nə keçən gecə şəhid olub. O vaxta kimi 3 dəfə döyüşə girib. 14 gün ərzində nəşini götürmək mümkün olmamışdı. Oktyabrın 28-də cənazəsi təhvil verildi. Tanınmaz vəziyyət idi. Analizlə təyin etdik. Həmçinin cibindən sənədləri çıxmışdı.
Famil rayonun sayılıb-seçilən müəllimlərindən olub. İsmayıllıda bütün tədbirlərin aparıcısı idi. Özündən sonra Fərid adlı oğlu yadigar qalıb. Üçüncü kurs tələbəsidir. Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alır. Onu evləndirmək istəyirdi.
Familin özündən başqa iki qardaşı və bir bacısı var. Balaca qardaşı hərbçidir. Famil ehtiyatda olan zabit idi. 2000-ci ildə Naxçıvanda “N” saylı hərbi hissədə zabit kimi xidmət edib. Baş leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılmışdı.
Vəfatından sonra əsgərləri ilə görüşdük. Familin sonadək əsgərlərin yanında olduğunu, onlara dəstək verdiyini dedilər. Hətta Vətən Müharibəsi haqqında qayıdandan sonra kitab yazmağı arzulayırdı.
Vaxt tapan kimi qardaşı və bacısı ilə danışırmış. Oktyabrın 13-ü səhər radələrində zəng edib deyib ki, döyüşə gedəcəm. Bacısına bildirib ki, narahat olma, sən qəhrəmanın bacısı olacaqsan. Həmişə deyirdi ki, mən qocalmayacağam”.





Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı








