Vətən müharibəsi qazisindən icraya cavab: “Deyirsiniz ki, “Evinizdə olmuşam”, sən mənim evimi tanıyırsan?” - VİDEO

Sabirabadda Vətən müharibəsi qazisi icra nümayəndələri ilə görüşdə icra başçısının qazi və şəhid ailələrinə biganə münasibətindən gileylənib.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, iki ildir əlil arabasına məhkum qalan qazi sağlamlığına qovuşmaq istədiyini, lakin ötən dövr ərzində müalicəsinə diqqət göstərilmədiyini bildirib.
“Əziz şəhid anaları, qazilər, burada kim haqqı deyir? Mən deyirəm. Siz də susub baxırsınız. İcra başçısı: “Evinizdə olmuşam”, - deyir. Siz mənim evimi tanıyırsınız? Vəziyyətimlə bağlı müraciət etmək istəyirəm, nə köməkçini, nə başçını yerində tapa bilirəm. Mənə hələ də: “Sənə kömək edəcəyik”, - deyirlər”.
Qazi onu müalicə üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanası və 1 saylı Şəhər Klinik Xəstəxanasına göndərdiklərini, lakin heç bir effekt vermədiyini, xəstəxanaların onu müalicə etmədiyini diqqətə çatdırıb:
“Respublikanski” xəstəxanasına, sonra da “Semaşko”ya göndərdilər, amma hər ikisindən müalicəmə onların baxmadığı deyildi. Məni niyə müalicə etdirmirlər? Mənə ev də, torpaq da, maşın da vermisiniz, maaşımı da alıram, amma mənim azadlığımı qaytara bilməzsiniz. Evinizi də, torpağınızı da, maaşınızı da geri qaytarıram, amma məni ayağa qaldırın. Hansı biriniz qaldırırsınız? İki ilim gedib. İki ilə bir balaca uşaq yeriyir, hansı biriniz mənim iki ilimi qaytara bilərsiniz? Mən sizə probleməm?”
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










