Vəzifəsini itirəndən sonra yatağa düşən MƏMURLAR – ARAŞDIRMA

Xəbərlər 1 Aprel 2023 19:00 Oxunub 1318
Vəzifəsini itirəndən sonra yatağa düşən MƏMURLAR – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Uzun illər vəzifədə çalışan, daha sonra işini itirən məmurların mənəvi cəhətdən sarsılaraq yatağa düşmələri Azərbaycanda artıq tez-tez rast gəlinən hala çevrilib. İşdən çıxarılan nazirlərin və yüksək rütbəli məmurların xəstələnməsinə əsas səbəb onların psixoloji gərginlik keçirmələri ilə bağlıdır ki, əksəriyyət müalicə üçün çox hallarda xarici ölkələrə üz tutur.  

Bizim.Media işini itirəndən sonra sağlamlığını da itirən məmurları araşdırıb. Azərbaycanda bu halla üzləşən yüsək rütbəli şəxslərin sayı çox olsa da, bəzilərinin aqibəti ilə bağlı informasiyalar mediada yayımlanmayıb. 

Bəs onlar kimdir?

Misir Mərdanov


1998-ci ildən 2013-cü ilə qədər Təhsil naziri vəzifəsində çalışan Misir Mərdanov uzun illərdir şəkər və ürək ağrılarından şikayətlənir. İllər əvvəl vəziyyəti pisləşdiyi üçün Mərkəzi Klinik Xəstəxanada müalicə alıb. 

Hacıbala Abutalıbov

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Baş Nazirin müavini vəzifəsindən azad edilən Hacıbala Abutalıbovun iki il sonra səhhətində problemlər yaranıb. O, səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb və müayinələrdən keçib. Daha sonra Bakıya qayıdaraq müalicəsini davam etdirib. Daha əvvəllər insult keçirdiyi bildirilən Hacıbala Abutalıbov səhhəti ilə bağlı günlərini daha çox bölgələrdə keçirir. 

Abel Məhərrəmov

20 ilə yaxın Bakı Dövlət Universitetinin (BDU) rektoru postunu tutmuş Abel Məhərrəmov vəzifədən çıxarılandan 2 ay sonra yatağa düşüb. Xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə yerləşdirilən Abel Məhərrəmovun sağlıq durumu indi də nəzarətdədir.  

Əli Həsənov

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri postunu tutmuş Əli Həsənov da vəzifəsini itirəndən sonra psixoloji sarsıntı keçirib. Səhhətində problem yaşanan Əli Həsənovun Respublika Müalicəvi Diaqnostika Mərkəzində müayinə zamanı böyrəklərində, ödündə və digər orqanlarında problemlərin olduğu aşkarlanıb. 

Tağı Əhmədov

1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəisi vəzifəsində çalışan Tağı Əhmədov əlil arabasına məhkum olub. Son zamanlar onun ayağında ciddi problem yarandığı üçün səhhəti tez-tez pisləşir. 

Həbsə düşən məmurların da dərhal xəstələnməsi və müalicə üçün xəstəxanaya köçürülmələri ilə bağlı xəbərləri izləmişik.

Həmin məmurlar 9 il müddətinə azadlıqdan məhrum edilən Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev , 7 il 3 ay müddətinə həbs edilən Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov, ötən ilin sentyabr ayında həbsdə olan, Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılov, həbsdə olan Azərxalça” ASC-nin idarə heyətinin sabiq sədri Vidadi Muradov, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, Qəsdən adam öldürmə maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilən general-leytenant Rövşən Əkbərovdur. 
Həbsə düşüb sonra ev dustaqlığına buraxılan eks-nəqliyyat naziri Ziya Məmmədovun, sosial müdafiə naziri Səlim Müslümovun da səhhətində buna bənzər hallar yaşanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh