Vilayət Eyvazov AŞPA həmməruzəçiləri ilə görüşdü - FOTO

Respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 5-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və xanım Liz Kristofersen ilə görüşüb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, DİN ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışan nazir V.Eyvazov qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.
Bildirilib ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi sahəsində görülən işlər sistemli şəkildə həyata keçirilir.
Polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun təşkil edildiyi, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində sərbəst və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradıldığı diqqətə çatdırılıb.
Həmməruzəçilər insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə verdiyi əhatəli məlumata görə Vilayət Eyvazova minnətdarlıqlarını bildiriblər.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, daxili işlər naziri qonaqları maraqlandıran sualları ətraflı cavablandırıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












