Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırıldı
Xəbərlər
23 Sentyabr 2022 19:44

Rusiyanı tərk etmək istəyənlərin sayının kəskin artması səbəbilə Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Bu barədə APA-nın Gürcüstan bürosu məlumat yayıb.Bildirilib ki, sentyabrın 23-də saat 03:30-dan etibarən Vladiqafqazda Moskovskiy və Kosta prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və Gürcüstanla gömrük-keçid məntəqəsi istiqamətində yalnız yerli qeydiyyat nişanına malik avtomobillər buraxılır.
Məlumata görə, bu səbəbdən Gürcüstan sərhədinə doğru insanlar piyada, skuterlə, velosipedlə, bəzi hallarda isə yerli sakinlərdən onları sərhədə çatdırması üçün ödəniş etməklə gəlirlər.
Şimali Osetiya rəsmiləri yaranmış vəziyyətə dair rəy bildirməyib.
Oxunub : 1556
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












