"WhatsApp"-ın bir akauntunu bir neçə telefonda açmaq mümkün olacaq

"WhatsApp" mesencerində bir akauntu eyni zamanda dörd cihazda açıb işlətmək imkanı yaradan dəyişiklik hazırlanır.
Bu barədə “Facebook” və “WhatsApp” rəhbərləri bildirib. Hazırda isə akaunt ikinci telefonda açıldıqda birincisində avtomatik olaraq bağlanır. Yeni funksiya iştirakçı telefonlardan biri söndükdə belə davam edəcək.
Bununla yanaşı, “WhatsApp”-da ismarıcları bir dəfə oxuduqdan sonra avtomatik silən funksiya üzərində də çalışmalar davam edir. Həmçinin “silinən ismarıc” funksiyasını da artıq bütün çatlarda işə salmaq mümkün olacaq.
Yeni funksiyalar ilkin olaraq “WhatsApp”-ın beta versiyalarından birində tətbiq olunacaq, sonrakı mərhələdə bütün istifadəçilər üçün çatımlı olacaq. Həmçinin iPad tabletləri üçün də ayrıca versiya üzərində işlər getdiyi bildirilir.//report
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












