Xaçmazda itkin düşən məktəbli qardaşlar tapıldı - FOTO - YENİLƏNİB

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.
Bunu "Report"un yerli bürosuna açıqlamasında məktəblilərin atası Tural Muradov bildirib.
"Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vasitəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduqlarını bildirdilər", - o söyləyib.
***
Xaçmazda iki qardaş itkin düşüb.
İlkin məlumata görə, qardaşlar aprelin 19-da məktəbdən çıxıb və evə getməyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, itkin düşən iki qardaş barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat verilib:
“Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb. Eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar. Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur”.
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










