Xaçmazda narkotikə görə 3 nəfər saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Elman Qasımov və Bənövşə Abasova saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Xaçmaz RPŞ tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Nurlan Məmmədov saxlanılıb. Həmin şəxsdən bükülülərdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elman Qasımovun və Nurlan Məmmədovun barələrində həbs qətimkan tədbiri, Bənövşə Abasovanın barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bakıda iki küçədə avtobuslar üçün xüsusi zolaqlar təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı











