Xaçmazdakı qəzalı körpü yenisi ilə əvəzləndi – VİDEO

Xaçmazın Köhnə Xaçmaz kəndində Qudyalçayın üzərində yerləşən, uzun müddət qəzalı vəziyyətdə olan və istifadəyə yararsız piyada keçidi yenilənib.
Bizim.Media-nın gündəmə gətirdiyi problemə rəsmi qurumlar dərhal reaksiya verib.
Bu ilin aprel ayında intensiv yağıntılardan sonra tam yararsız hala düşən körpünün yenidən qurulması üçün Xaçmaz Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi operativ tədbir görüb. Agentliyin sifarişi əsasında “Körpü-Bina” MMC-nin əməkdaşları iki ay ərzində uçub-dağılmış piyada keçidini yenidən inşa ediblər. Uzunluğu 45 metr olan yeni körpü artıq sakinlərin istifadəsinə verilib.
Bu gün Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənddə inşa olunan piyada körpüsünə baxış keçirib. Kənd sakinləri görülən işlərdən razılıqlarını bildiriblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












