Xalq artisti vəfat etdi - FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Beynəlxalq opera festivalları laureatı, Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, baş opera müğənnisi Əli Əsgərov dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, Əli Əsgərov 62 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyeva bildirib ki, baş opera müğənnisi ötən gün insult keçirib və müalicə üçün xəstəxanaya yerləşdirilib: "Şəxsən teatrın rəhbərliyi onun səhhəti ilə maraqlanırdı. Lakin, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, Əli Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini və aspiranturasını bitirib, 1990-cı ildən teatrın solistidir.
Əli Əsgərov bir cox beynəlxalq vokal müsabiqələri və festivallarında iştirak edib. 1997-ci ildə Bülbül adına vokalçılarin I beynəlxalq müsabiqəsinin “Qran Pri” mükafatçısı olub. (report)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO













