Xankəndidə gərginlik: Vardanyan Balasanyanı “VURDU”

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş milyarder Ruben Vardanyanla separatçıların “Təhlükəsizlik Şurası”nın “katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir. Avtosfer.az-ın məlumatına görə, bu barədə Ermənistanın müxalifyönlü “Hraparak” qəzeti yazıb.
Bildirilib ki, əgər əvvəllər separatçılar adından Rusiya sülhməramlıları və azərbaycanlılarla bir nömrəli danışıq aparan şəxs Vitali Balasanyan idisə, indi onu arxa plana atıblar.
Vardanyanla Balasanyan arasında gərginlik hətta o həddə çatıb ki, Vitali bazar günü Xankəndidəki meydanda keçirilən mitinqdə belə iştirak etməyib.
“Mənbəmiz deyir ki, Vardanyan tələb qoyub: ya mən, ya da Balasanyan”, - deyə “Hraparak” qeyd edib.
Məqalədə bildirilib ki, Vitali Balasanyanın tezliklə “Təhlükəsizlik Şurası”nın “katibi” postu ilə vidalaşacağı da istisna edilmir. Hətta onu əvəz edəcək şəxsin adı da açıqlanıb: Qarabağ separatçılarının “müdafiə qüvvələri”nin keçmiş “komandanı” Levon Mnatsakanyan.
“Hraparak” bildirir ki, Qarabağ separatçılarının keçmiş başçısı Bako Saakyan hazrda Ruben Vardanyana komanda qurmaqda fəal şəkildə kömək edir. O da qeyd olunur ki, Qarabağda separatçıların hazırkı başçısı Arayik Arutyunyanın da “vurulma” prosesi gedir. Bu səbəbdən Arayikə də bazar günü keçirilən mitinqdə çıxış etmək imkanı yaradılmayıb.
“Artsaxda rəvan hakimiyyət dəyişikliyinin başlandığı və Paşinyanı rədd edə bilən Vardanyanın hakimiyyətə gəldiyi görünür”, - deyə “Hraparak” milyarderin Azərbaycanla barışmaz mövqeyə malik olduğunu yazır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












