Xaricdən gətirilən bəzi avtomobillər istismara yararsızdır - VİDEO

Xaricdən gətirilən bəzi 2-ci əl avtomobillər istismara yararsızdır. Belə avtomobillərin
istismar müddəti bitib, ehtiyat hissələri keyfiyyətini itirib, qiymətləri isə olduqca yüksəkdir.
Avtosfer.az-ın məlumatına görə, söhbət əsasən Avropa, Amerika və Cənubi Koreyadan ölkəmizə gətirilən 2-ci əl avtomobillərdən gedir.
Xüsusilə benzin və dizel yanacağı ilə işləyən bu nəqliyyat vasitələrinin bəziləri təbii fəlakətlərdən də zərər görüblər.
Ekspertlər bildirirlər ki, inkişaf etmiş ölkələrin sürətlə elektromobillərə inteqrasiyası daxili yanma mühərrikli minik vasitələrindən tədricən imtinaya gətirib çıxarır. Nəticədə isə həmin nəqliyyat vasitələrinin digər ölkələrə satışı artmağa başlayıb.
Bəzən isə xaricdən gətirilən 2-ci əl nəqliyyat vasitələri hətta təmirə yararsız olurlar.
Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, bu daha çox buraxılış tarixi 8 il əvvələ aid və daha köhnə avtomobillərdə müşahidə edilir.
Ustanın sözlərinə görə, texniki cəhətdən saz olmayan, həmçinin ağır qəza keçirmiş belə nəqliyyat vasitələri təhlükəsizlik sarıdan da etibarlı sayılmır.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də deyir ki, inkişaf etmiş ölkələr atmosferə zərər vuran avtomobilləri satmaqda maraqlıdırlar. Bunun üçün həmin dövlətlər tərəfindən xüsusi proqarmlar da hazırlanır.
Ekspert bildirir ki, hazırda buraxılış ili köhnə olan nəqliyyat vasitələrinin idxal rüsumu çoxdur. Ancaq qaydaların bir qədər də sərtləşdirilməsinə ehtiyac var.
xezerxeber
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












