Xətai prospektində aparılan qazıntı işləri gələn həftə ərzində yekunlaşacaq - VİDEO - YENİLƏNİB

"Gələn həftə ərazində bütün problemlər öz həllini tapacaq".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
O qeyd edib ki, sözügedən ərazidə payız-qış mövsümündə təbii qazın verilməsi üçün daha yaxşı şəraitin yaradılması üçün işlər aparılır.
"Ərazidə işin dayandırılması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. İş uzanır, çünki məsafə uzundur, döngəlidir. Hazırda lazımi şkafların yığılması və s. kimi işlər aparılır. Bir daha vurğulamaq istəyirəm ki, gələn həftə ərazidə bütün işlər yekunlaşacaq, nəqliyyatın hərəkəti ilə bağlı heç bir problem qalmayacaq və vətəndaşların rahatlığı təmin olunacaq", - deyə E. Vəliyev vurğulayıb.
***
Bakının Nəsimi rayonu, Xətai prospektində aylardır davam edən qazıntı işləri sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ərazidə işlərin ləng aparılması səbəbindən neçə müddətdir yolda hərəkət iflic vəziyyətə düşüb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












