Xəzər dənizinə qızılbalıq körpələri buraxıldı - FOTO

Balıq növlərinin bərpasına, su bioresurslarının qorunmasına, populyasiyalarının sabitləşməsinə dəstək məqsədilə Xəzər dənizinin Qaradağ rayonu akvatoriyasına balıq körpələri buraxılıb.
Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib.
Onun sözlərinə görə, balıq körpələrinin təbii su hövzələrinə buraxılışı bu dəfə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin rəsmilərinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilib:
“Tədbirdə Xəzərin Qaradağ rayonu akvatoriyasına 10 min ədəd qızılbalıq körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib”.
Xidmət rəsmisinin sözlərinə görə, balıq ehtiyatlarının artımına nail olmaq üçün hamılıqla onları mühafizə etməli, qadağan olunmuş alətlərlə, qadağan olunmuş vaxtlarda balıq ovlamamalıyıq:
“Bütün vətəndaşlara, xüsusilə su hövzələri yaxınlığında yaşayan sakinlərə müraciət edirik ki, buraxılan balıq körpələrinin böyüməsinə, ümumiyyətlə balıq ehtiyatlarının qorunmasına dəstək göstərsinlər, nazirlik tərəfindən irəli sürülmüş “Hövzələri sintetik torlardan birlikdə təmizləyək!” aksiyasına qoşularaq su bioresurslarının sabit inkişafına töhfə versinlər”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












