"Xəzri dalğası" taktiki təlimi başa çatdı - VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən "Xəzri dalğası" taktiki təlimi başa çatıb.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin yekun mərhələsində Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sularında təhdid zamanı şərti düşmən gəmisinin, eləcə də hava və sahil hədəflərinin məhv edilməsi üzrə döyüş atışları icra edilib.
Təlimdə, həmçinin xilasetmə və əlverişli əməliyyat şəraitinin saxlanılması üzrə müxtəlif fəaliyyətlər yüksək peşəkarlıqla icra olunub.
Ümumilikdə 1500 nəfər şəxsi heyət, HDQ-nin döyüş, təminat, DSX Sahil Mühafizəsinin gözətçi gəmiləri, HHQ-nin helikopterləri, pilotsuz uçuş aparatları və QQ-nin zirehli döyüş maşınlarının cəlb olunduğu "Xəzri dalğası" taktiki təlimində qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












