Xilasedicilər azyaşlıları BELƏ XİLAS ETDİ - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində mənzildə vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
adisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində vətəndaşa məxsus mənzildə iki nəfər azyaşlı bağlı qapı arxasında qalıb və heç bir çağırışlara cavab vermirlər.
Xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlardan istifadə etməklə giriş qapısı açılaraq mənzilə daxil olunub. Mənzilə baxış keçirilərkən iki azyaşlının huşsuz vəziyyətdə köməyə ehtiyacının yaranması müəyyən edilib.
Xilasedicilər tərəfindən dərhal ilkin yardım göstərilərək azyaşlılar həyati təhlükəli vəziyyətdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
İlkin ehtimala görə hadisəyə səbəb dəm qazı zəhərlənməsi olub.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












