Xırdalanda məzun günündə müəllimə qızıl dəst taxıldı, barəsində araşdırma başladı - VİDEO - YENİLƏNİB

Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın son davranışı ilə bağlı araşdırma aparılır.
Bu barədə “Report”a Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.
“Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbində 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş video görüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq.
Məsələ ilə əlaqədar İdarə tərəfindən araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildiririk”, - idarədən qeyd edilib.
***
Sosial şəbəkələrdə 1 saylı Xırdalan tam orta məktəbində çəkilən görüntülər müzakirələrə səbəb olub. Belə ki, 4-cü siniflərin buraxılış tədbirində valideynlərin Yaqut Ağamalıyeva adlı müəllimə qızıl zinət əşyası vermələri ilə bağlı görüntülər yayılıb. İddia edilib ki, valideynlər hədiyyəni müəllimin tələbi ilə alıblar. Müəllimənin hədiyyəyə etiraz etməməsi və rahat şəkildə qəbul etməsi sosial media istifadəçiləri tərəfindən etirazla qarşılanıb.
Metbuat.az məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxlayıb.
Məktəbdən bildirildi ki, həmin müəllimin 35 illik pedaqoji fəaliyyəti var və bu, valideynlər tərəfindən planlaşdırılan addımdır:
"Valideynlər qrupunda məsələni araşdırmışıq. Müəllimin heç bir xəbəri olmadan hədiyyə alıblar. O müəllimə imanlı xanımdır. Bu, məktəbimizə qarşı atılmış bir böhtandır. Bu xəbərdən sonra valideynlər bizimlə əlaqə saxlayaraq bildirdilər ki, bu yalan məlumatdır və hədiyyə valideynlər tərəfindən təşkil olunub. Hədiyyə müəllimə təqdim olunana qədər onun bundan xəbəri olmayıb".
Məsələ ilə bağlı sosial şəbəkələrdə yayılan həmin görüntüləri təqdim edirik:
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO











