“Xocalıya 382 km qaldı, Ağdamda yağış yağacaq”: Nazirlikdən duyğulu addım - FOTO

Uzun illər düşmən tapdağında qalan torpaqlarımızın azad olunması istiqamətində ordumuzun başladığı əks-hücum əməliyyatları, bir sıra ərazilərimizin azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb.
Artıq hər kəs vətən torpağının tamamilə yağı düşməndən təmizlənəcəyi günü səbirsizliklə gözləyir. Müxtəlif qurumlar, tanınmış şəxslər xalqımızı uzaqda olmayan zəfər gününə hazırlayır, desək, yanılmarıq.
Belə addımlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən atılıb.
ETSN-nin mətbuat katibi İradə İbrahimova Avtosfer.az-a açıqlamasında bildirib ki, nazirliyin inzibati binasının qarşısındakı monitorda “Qarabağ Azərbaycandır” şüarı ilə Qarabağın hava durumunu və paytaxtdan bölgənin rayonlarına qədər olan məsafəni əks etdirən məlumatlar nümayiş etdirilir:
“Monitorda hava durumu ilə bağlı məlumatlar həmin ərazinin simvolu sayılan və o bölgəyə məxsus tarixi və təbiət abidələrini əks etdirən fotoşəkillər də yer alıb. Məqsəd Dağlıq Qarabağ bölgəsinin hava durumu ilə yanaşı, bu əraziləri təbliğ etmək və onun təbii, tarixi potensialı ilə bağlı əhalini bir daha məlumatlandırmaqdır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə Bozok Universitetinin dekanı, “Haber Türk” saytının yazarı, professor Kürşad Zorlu da “Twitter” səhifəsində Bakıda olduğu zaman yolda bəzi monitorların diqqətini çəkdiyini bildirib:
“İşğal altında olan və işğaldan azad edilən torpaqlara neçə kilometr qaldığını yazan tablolar vardı. Bu, çox mənalı idi”.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












