"Xocəsən" metro stansiyasından istifadə edən sərnişinlərin sayı açıqlanıb

Ötən il dekabrın 23-də fəaliyyətə başlayan metronun "Xocəsən" stansiyasına bu günə qədər 50 min 660, yaxud orta statistik hesabla gün ərzində 1634 sərnişin daxil olub.
Avtosfer.az-ın sorğusuna cavab olaraq bu barədə Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.
Qeyd edilib ki, ümumən bir stansiyanın sabit sərnişin kontingentinin formalaşması bir neçə ay davam edən prosesdir. "Bu, həmin istiqamətdə hərəkət edən insanların, əsasən, gündəlik nəqliyyat prioritetləri sırasında metropolitenin yerindən və stansiya istismara verildikdən sonra nəqliyyat infrastrukturunda müvafiq inteqrasiya məsələlərindən çox asılı olur.
Bir ay ərzində stansiyaya ən çox sərnişinin daxil olduğu gün 2022-ci ildə fəaliyyət göstərdiyi 9 gün ərzində 2564 nəfər (27 dekabr) olub. 2023-cü ildə isə yanvar ayının 9-u qarlı-şaxtalı hava şəraitinin ən sərt günündə olub – 2763 nəfər", - açıqlamada deyilir.
Qeyd edək ki, 2022-ci il 23 dekabrda Bakı Metropoliteninin “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposu istifadəyə verilib.
“Xocəsən” stansiyası Bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiyadır. Kompleksin ümumi sahəsi 4200 kvadratmetr, stansiya platformasının uzunluğu 144 metrdir.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











