“Xolostoyda gedən” Bakubus avtobusları

Bu günlərdə həmkarım Orxan avtosfer.az saytında avtomobili ətalətlə idarə edən və sükandan əllərini çəkən sürücüləri hansı cəza gözlədiyindən yazdı. Həmkarım avtomobili ətalətlə idarə edənlərin əsasən Sovet avtomobillərinin sürücüləri olduğunu iddia etdi.
Hörmətli həmkarımın fikri ilə tamamilə razıyam, amma bəzi əlavələr də etmək istərdim.
Bu fakt ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin çoxu görmür, çünki şəhər daxilində baş vermir. Sən demə avtomat ötürməli avtobusu da ətalətlə sürmək mümkün imiş.
Vaxtilə Lökbatan qəsəbəsinə hərəkət edən 124 saylı marşrutdakı “Daewoo” markalı avtobusların sürücüləri Bibiheybət məscidinin yanındakı svetofordan start götürdükdən sonra ötürməni ayırır və velosiped idmanı trekinədək yolu ətalətlə gedirdilər. Təxminən 2 km-lik bu yol həm də sərt döngədir. Sürücü bu yolla bir neçə yüz qram dizelə qənaət edirdi.
Maraqlıdır ki, Lökbatana işləyən marşrutun nömrəsi (125) və avtobusları dəyişsə də, bəzi sürücülərdə bu ənənə dəyişməyib. Eyni yolu ətalətlə gedən Bakubus sürücülərinə hələ də rast gəlinir.
Eyni halı 130 saylı marşrutun sürücüləri də təkrarlayır. Xocəsən yolundakı dəmir yolu xəttinin üzərindəki körpünü aşan kimi (Meyvəli istiqaməti) sürücülər neytral rejimə keçərək avtobusu təxminən 1 km bu vəziyyətdə idarə edirlər.
Kimsə deyə bilər ki, Bakubus ekologiyanın qayğısına qalır, və ya II dünya müharibəsindən sonrakı Yaponiyada olduğu kimi sürücülər şüurlu şəkildə yanacağa qənaət uğrunda yarışırlar. Xeyr. Bakubus avtobusları yalnız qarajda dayandıqda mühərrik söndürülür. Üstəgəl, yanacaq da sürücünün və ya şirkətin cibindən getmir. Bəs onda sürücülər niyə belə riskə gedirlər?
Bakubus avtobuslarında sürət 60 km/saatla məhdudlaşdırılıb. Enişdə isə neytral rejimdə daha böyük sürət yığmaq mümkündür. Bu ekstrimin xatirinə sürücülər sərnişinlərin və özlərinin həyatını riskə atırlar. Dəyərmi?
Amma ədalət naminə deyim ki, “xolostoyda” sürməyin peşəkarları şəkili sürücülərdir.
Vüqar Yaşaroğlu
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












