"Xüsusi nümayəndəlik institutunun yaradılması növbəsi Xankəndinindir" - Deputat

“Vətən müharibəsində qələbədən sonra yeni hakimiyyət quruculuğu, Konstitusion islahatlar və birinci Qarabağ savaşı dövrünün idarəçilik mirasının ləğvi daha da sürətlənib. 90-cı illərdə muxtar dövlətə çevrilən Naxçıvanın o vaxtkı statusu zamanın tələbi idi, lakin indi Qələbədən sonra bütün ərazi vahidləri qanunverici orqan üzərindən deyil, ali icra hakimiyyəti tərəfindən birbaşa yönləndirilməlidir. Ulu öndər Heydər Əliyev Naxçıvanı xilas etdi, çətin günlərdə qurub möhkəmləndirdi, lakin Zəfərdən sonra, mərkəzi dövlət orqanları ilə paralel nazirliklərin, komitələrin və nəhayət, əlahiddə ordu birləşməsinin paytaxt Bakıdan sahəvi qurumlardan idarə olunması Qars müqaviləsini gücləndirməklə yanaşı, çeviklik, şəffaflıq və hesabatlılığı təmin edəcək”.
Avtoser.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O, Naxçıvan Ali Məclisinin ləğvinin yalnız Konstitusion dəyişikliklərlə mümkün olduğunu bildirib.
Z. Oruc Prezidentin institusional və kadr dəyişikliklərinin xalq tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb: “Çünki bütün hakimiyyət qollarını və ucqarları əhatə edir. Göründüyü kimi, xüsusi nümayəndəlik institutu işğaldan azad olunan torpaqların hüdudlarını aşır, ölkəmizin bütün coğrafiyasına tətbiq olunmaqla Azərbaycanı etnik-milli, ərazi və işğal faktoru ilə parçalayan çoxəsrlik tarixin mənfi ənənələrini aradan qaldırır.
İndi növbə Xankəndinindir. Orada xüsusi nümayəndəlik institutunun yaradılması 300 il ərzində İrandan, Rusiyadan və Qərbdən qərarlar gözləyən yerli erməni əhalisini Konstitusiya və qanunlara tabe olmağa, düşmənçiliyə son qoymağa imkan verəcək. Əgər bir vaxtlar Robert Koçaryan və Serj Sarkisyan Qarabağdan Ermənistan prezidentliyinə getmişdilərsə, indi erməni toplumunun özünə kənardan rəhbər gətirməsi xilas yolu ola bilməz. Qarabağın xoşbəxt gələcəyi yalnız Azərbaycanla bağlıdır. İndi Bakı Xankəndi, İrəvan və Təbrizdə yaşayan milyonlarla insanın ümid yeridir. Ona görə də siyasi islahatlar dövlətimizin mövqeyini gücləndirir”.
O qeyd edib ki, Azərbaycan təkcə coğrafi cəhətdən deyil, həm də hüquqi, siyasi və idarəçilik baxımından bütövləşir: “İnanırıq ki, Qərbi Azərbaycan torpaqlarına dinc qayıdışı yeni milli ideologiya kimi irəli sürən Prezident İlham Əliyevin rəhbərliyi altında Xankəndidə keçiriləcək seçkilər, formalaşacaq qanuni idarəçilik strukturları ərazi bütövlüyündən siyasi-hüquqi bütövlüyə keçidi başa çatdıracaq. Xalqımızın çoxsərlik tarixində yalnız indi həm cənubun, həm şimalın, həm şərqin, həm də qərbin-bütün dünya azərbaycanlıların tək bir lideri var!”
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ











