Yanacaq bazalarının bərpası nə fayda verə bilər? - FOTO

Ya gəldikcə Azərbaycan yollarında bir təhlükə də artır. Söhbət yanacaq daşıyan ağırtonajlı maşınların yaratdığı təhlükədən gedir.
Yanacaq daşınması hər zaman risklidir. Yayda isə yanacaq istinin təsirindən genişləndiyi üçün risk daha da artır.
Azərbaycanda yanacaqdaşıyan maşınların iştirakı ilə bir neçə dəfə ağır qəza baş verib. Amma Azərbaycan vətəndaşlarının şüurlu davranışı, DYP və FHN-in çevik müdaxiləsi nəticəsində minimal ziyanla ötüşmək mümkün olub. Pakistan və Keniyada bu tip qəzalar hər dəfə 300-dən çox insanın ölümü ilə nəticələnir.
Azərbaycanda vaxtilə bir yaxşı ənənə də olub. Rayonlarda neft bazaları fəaliyyət göstərirdi. Bu bazaların iş prinsipi də sadə qurulmuşdu: bazalar əsasən dəmir yolu xəttinə yaxın tikilirdi. Yanacaq vaqonlarla daşınaraq burada toplanır, istifadəçilər də özlərinə ən yaxın olan bazadan yanacaq daşıyırdılar.
Belə olan yerdə bir haqlı sual da çıxır: Azərbaycan nefty ölkəsidir, hər kəs istədiyi qədər nefti Bakıdan alıb özünə məxsus YDM-də sata bilər.
Buna sözümüz yoxdur, amma məsələ başqadır: avtomobillə benzin daşımaq yüksək riskli işdir, xüsusən də yayda və əhalinin sıx yaşadığı yerlərdə. Bu və digər təhlükəli yüklər üçün ideal vasitə qatardır.
Üstəgəl, yanacaq bazalarının bərpa olunması infrastruktur layihəsi kimi regionlarda yeni iş yerlərinin yaranması ilə nəticələnəcək. Həm də təhlükəsizliyə töhfə verəcək.
Belə ki, regionlardakı yanacaq bazaları bərpa olunarsa hərənin 1 ağırtonajlı avtomobillə Bakıdan gecə-gündüz yanacaq daşımasına lüzum qalmayacaq. Bununla da, həm yollarda intensivlik, həm də müəssisələrin xərci azalacaq. Sadə dillə desək, 1 müəssisənin avtomobili sutka ərzində 500 deyil, 50 km qət etməsi iqtisadi cəhətdən də səmərəlidir. Sürücünün yorulma riski də azaldığı üçün yollarda təhlükəsizlik artacaq.
Foto: Ağdaş rayonunun Ləki qəsəbəsində vaxtilə mövcud olmuş neft bazası
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO












