Yaponiyada itən helikopterin heyət üzvünə aid dəbilqə tapılıb

Yaponiyanın Okinava prefekturasında aprelin 6-da itən helikopterin axtarışlarının gedişində heyət üzvündən birinə aid dəbilqə tapılıb.
Avtosfer.az xəbər verir ki, dəbilqə Okinavanın cənubundakı İrabucima adasının sahilində aşkarlanıb. Aprelin 9-da isə helikopterin yanacaq çəninin bir hissəsi tapılıb. Beş günlük axtarış işləri zamanı helikopterdə olan 10 nəfərdən heç biri tapılmayıb.
Qeyd edək ki, Yaponiyanın özünümüdafiə qüvvələrinə məxsus helikopter aprelin 6-da Okinava prefekturasının Miyakocima adası yaxınlığında səmaya qalxdıqdan təxminən 10 dəqiqə sonra yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə 11:40) radarlardan itib. Çoxməqsədli “UH-60” helikopterində 10 nəfər heyət üzvü, o cümlədən yerüstü özünümüdafiə qüvvələrinin 8-ci divizyonunun komandiri general-leytenant Yuiçi Sakamoto olub. Müdafiə Nazirliyinin və sahil mühafizə xidmətinin gəmi və helikopterləri, habelə sualtı qayıqlar axtarış işlərinə cəlb olunub.
Yerüstü özünü müdafiə qüvvələrinin komandanlığı helikopterin qəzaya uğradığını güman edir. Helikopterin martın sonunda təlimata uyğun olaraq 50 uçuş saatından sonra texniki baxışdan keçdiyi, heç bir nasazlığın aşkarlanmadığı bildirilir.
Yaponiyanın müdafiə naziri Yasukazu Hamada jurnalistlərə bildirib ki, helikopterdəki heyətin tapılması üçün bütün səylər davam etdiriləcək.
azertac
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












