Yardımlıda bələdiyyə sədri məsuliyyətə cəlb edilib - FOTO

Ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə Yardımlıda polis əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı Yardımlı şəhəri ərazisində məişət tullantılarının su hövzəsinin kənarında qalaqlanması, ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.
Aşkar olunmuş faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 264.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













