Yardımlıda dərədə gizlədilən 39 kq narkotik aşkarlanıb - FOTO

Yardımlıda dərədə gizlədilən 39 kiloqram narkotik aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitələr, psixotrop maddə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Namik Ağayev saxlanılıb. Həmin şəxsin dərədə, kolluq ərazidə gizlətdiyi torbalardan ümumilikdə 35 kiloqram 400 qram marixuana, 3 kiloqramdan artıq heroin, 476 qram metamfetamin 30 ədəd güclü təsiredən xassəyə malik müxtəlif növ həblər aşkarlanaraq götürülüb. Araşdırma zamanı N.Ağayevin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qaçaqmalçılıq yolu ilə əldə etdiyi narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyiləcək yerlərdə gizlətməli olduğu müəyyən edilib.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO












