Yardımlıda yol çökdü, istinad divarı dağıldı

Yardımlı rayonunda torpaq sürüşməsi baş verib. Hadisə Masallı-Yardımlı avtomobil yolunun 52-ci kilometrliyində qeydə alınıb. Nəticədə avtomobil yolu çöküb.
Yardımlı Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya faktı təsdiqləyiblər.
Yardımlı RİH başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev saytımıza bildirib ki, hazırda yolda hərəkət bərpa olunub.
A.Xamiyevin qeyd edib ki, sözügedən problemlə bağlı aidiyyəti qurumlara müraciət edilib: “Masallı-Yardımlı yolunun həmin hissəsi maili yerdədir. Orada istinad divarı tikmişdik, sürüşmə nəticəsində artıq o divar uçub. Eni 15-20 metr olan yolun alt hissəsində, eni 4 metr, uzunluğu 55 metr olan çökmə yaranıb. Problemlə əlaqədar Nazirlər Kabinetinə, Avtomobil Yolları üzrə Dövlət Agentliyinə müraciət olunub. Hazırda sənədlər baxılma mərhələsindədir və problem aradan qaldırılacaq”.
Rayon rəsmisi əlavə edib ki, hazırda yolda nəqliyyatın hərəkətində problem yoxdur, lakin yağışlı hava olarsa, problem yarana bilər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












