Yarımçıq qalan arzular: 1992-ci il zəlzələsində nəvəsini itirib İzmirə köçdü, yenə nəvələrini zəlzələdə itirdi

Hayati Uzun 1992-ci ildə Türkiyənin Ərzincan vilayətində meydana gələn zəlzələdə nəvəsi Əmrahı itirib. Bundan sonra ailə İzmirə yerləşib. Podratçı Həyati Uzun Bayraklıda tikdirdiyi binaya zəlzələdə ölən nəvəsinin adını verib. Ancaq İzmir zəlzələsində dağılan ilk binalardan biri də Əmrah Binasıdır.
Bu barədə “Hürriyet” xəbər verir.
Məlum olub ki, Həyati Uzun İzmir zəlzələsində öz adını daşıyan 17 yaşlı nəvəsini, gəlini Rəbiyyə Uzunu və başqa bir nəvəsini itirib. Ağır xəsarət alan oğlu Bora isə dağıntıdan qurtarılaraq xəstəxanaya aparılıb.
İzmir zəlzələsində Əmrah və Rızabəy Binası zəlzələdə ən çox zərər görən iki binadır. Hər ikisi də Bayraklıda yerləşir.
Onları birləşdirən digər məqam isə binaların yerləşdiyi ərazinin keçmişdə kartof və çuğundur tarlası olmasıdır.
Hər iki binanın zəlzələyə qarşı möhkəmləndirildiyi deyilsə də, onlar silkələnməyə tab gətirməyiblər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












