Yasamalda içməli su təchizatı yaxşılaşdırılır - FOTO

Yasamal rayonunda əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Yasamal Rayon Sukanal İdarəsi tərəfindən işlər həyata keçirilir. İstehlakçıların məişət, içməli, istehsalat, yağış və tullantı sularının axıdılması xidmətləri idarə tərəfindən müntəzəm icra olunur. Məqsəd sakinlərin dayanıqlı və keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təminatını həyata keçirməkdir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, rayon ərazisində içməli su şəbəkəsinin ümumi uzunluğu 348 kilometrdir. İdarənin balansında 32 ədəd su nasos stansiyası və 19 ədəd su anbarı fəaliyyətdədir. Ümumi abonent sayı 114939 nəfərdir ki, bundan 108244 nəfər əhali, 6695-isə qeyri-əhalidir. Rayonda sayğaclaşma faizi 94 faiz təşkil edir. İdarə tərəfindən rayon ərazisində su və kanalizasiya xətlərində baş verən qəzalar operativ aradan qaldırılır.
Yasamal rayon Sukanal İdarəsinin rəisi Sərxan Orucov görülən işlərlə bağlı məlumat verərək bildirib ki, sukanal idarəsi tərəfindən rayon ərazisində ilin əvvəlindən 1094 paqon metr müxtəlif diametrli yeni su xətti çəkilib, 624 paqon metr su xətti isə təmir olunub. Habelə yaşayış binalarının zirzəmisində 797 paqon metr kanalizasiya xətti dəyişdirilib, 154 paqon metr isə təmir olunub. Bundan başqa məhəllədaxili su nasos stansiyalarında 3 ədəd yeni nasos quraşdırılıb, 24 ədəd nasos və 1 ədəd elektrik mühərriki təmir olunub. Həmçinin 11 ədəd su anbarı yuyularaq dezinfeksiya olunub, ümumilikdə 109071 abonent su ilə təmin edilib.
.jpeg)

.jpeg)


.jpeg)

.jpeg)
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












