Yasamalda narkotik dövriyyəsi ilə məşğul olan daha 10 nəfər saxlanılıb - VİDEO

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 10 nəfər saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda - 5 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlardan biri, əvvəllər məhkum olunmuş Anar Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olub. O, narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiyini bildirib. Aşkar edilən faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edilib ki, ilin əvvəlindən Yasamal Rayon Polis İdarəsinin və ərazi Polis Bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən 13 kiloqramdan artıq narkotik vasitə və psoxotrop maddə çıxarılıb.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











