Yaşı əsrdən böyük Azərbaycan Polisi - FOTO

Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümü münasibəti ilə Sabunçu rayonunda da tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Akt zalında davam edən tədbiri giriş sözü ilə açan Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirib.
İdarə rəisi daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun təbrikini də şəxsi heyətin diqqətinə çatdırıb.
Rayon İcra Hakimiyytinin başçısı Adil Vəliyev bu gün ölkəmizin sabitlik adası kimi dünyada tanınmasında polisin xüsusu rolunun olduğuna vurğulayıb.
Qeyd olunub ki, torpaqlarımız erməni işğalı ilə üzbəüz qalanda onun müdafiəsinə qalxanların sırasında Azərbaycan polisi birinci idi və ötən müddət ərzində polis cinayətkarlığa qarşı mübarizə apararaq, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək tarixi və şərəfli bir yol keçib.
Tədbirin sonunda xidmətdə fərqləndiyinə və Azərbaycan Polisi Günü münasibəti ilə Rayon Polis İdarəsinin əməkdaşları Rayon İcra Hakimiyyəti Başçı tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə təltif edilib.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












