“Yaşıl Marafon” çərçivəsində hərbçilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib - FOTO

IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçirilən “Yaşıl Marafon” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Daim Vətənin müdafiəsində dayanan hərbi qulluqçular bu dəfə təbiətimizə töhfə, fidanlara həyat vermək üçün toplaşaraq Müşfiqabad qəsəbəsində 4 hektar ərazidə, Abşeron yarımadasının iqlim şəraitinə uyğun 3000-dən çox müxtəlif növ ağac əkiblər.
Qeyd edək ki, “Yaşıl Marafon” çərçivəsində keçirilən ağacəkmə aksiyaları zamanı il ərzində 2 milyondan artıq ağac əkilib.
Layihənin əsas məqsədi yaşıllıq sahələrinin artırılması ilə yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunmasında maarifləndirilmə işinə töhfə verməkdən ibarətdir.
Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












