Yaxın 20 ildə azı 42 000 təyyarə istehsal edilməlidir

“Boeing” şirkətinin proqnozuna görə yaxın 20 ildə dünyada mülki aviasiya donanması 2 dəfə böyüyəcək. ABŞ-li istehsalçının fikrincə, 2042-ci ildə 48 575 təyyarəyə ehtiyac olacaq. Hazırda dünyada 25 minə yaxın təyyarə istismar olunur. Ehtiyacı ödəmək üçün bütün aviakonstruktorlar 42 595 maşın istehsal etməlidir. Bu texnikanın yarısı köhnəlmiş təyyarələri əvəzləmək üçün lazım olacaq.
Avtosfer.az-ın xəbərinə görə, amerikalı istehsalçı hazır məhsulun da bazarlar üzrə bölgüsünü aparıb. Şirkətin iqtisadçılarının qənaətinə görə, yeni təyyarəlırin 23%-i Şimali Amerikanın, 22%-i Asiya-Sakit okean regionunun, 21%-i isə Asiyanın ehtiyacını ödəyəcək. Yeni təyyarələrin 20%-i isə təkcə Çinin ehtiyacını ödəmək üçün lazım olacaq.
“Boeing”in proqnozuna görə, 2041-ci ildə dünyada 47 080 hava gəmisi istismarda olacaq. Bu ehtimal əsas rəqib olan “Airbus”un ötən ay verdiyi proqnozdan ciddi fərqlənmir. Avropalı istehsalçı proqnozunda həmin tarixdə 46 560 təyyarənin istismarda olacağını qeyd edirdi.
Bundan əlavə, amerikalı istehsalçının qənaətinə görə, dünyada illik ümumi daxili məhsulun artımına paralel olaraq təyyarəyə tələbat da artacaq. Orta təbəqədən olan 500 milyon insanın hər il təyyarə ilə səfər etməsi aşağı büdcəli aviaşirkətlərin çoxalması ilə nəticələnəncək. 2042-ci ilədək loukosterlərin sayı 2 dəfə artacaq. Yük təyyarələrinə tələbat isə daha çox – ildə təxminən 3,5% artacaq.
Vüqar
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












