Yay gəlməmiş metroda vəziyyəti gərginləşdirən səbəb nədir? – Rəsmi AÇIQLAMA

Son zamanlar tez-tez sərnişin axınının gur olduğu saatlarda metro qatarlarında həddən artıq isti və havasızlıq şəraiti yaranır.
Sıxlıq işdən yorğun qayıdan sərnişinlər üçün onsuz da çətindir, üstəgəl qapalı məkanda yaranan oksigensizlik.
Sərnişinlər gileylənir ki, köhnə qatarlarda heç olmasa pəncərələri açmaq mümkün idi, yenilərdə bu imkan da yoxdu. Qarşıdan isti günlərin gəlməsi ventilyasiya məsələsini daha da aktullaşdırır.
Yaranmış problemi Bakı Metropoliteni niyə gözardı edir?
“Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da metro qatarlarının havalandırma (ventilyasiya) sistemi sahəsində problemin varlığını qeyri-mümkün hesab edir.
Onun sözlərinə görə, hazırda sərnişinlər istidən çox vaqonlarda olan soyuqdan şikayətlənirlər:
“Ventilyasiya sahəsində monitorinqlər hər gün aparılır. Vaqonlarda sərnişin sayı az olan vaxtlarda soyuq olması ilə bağlı müraciətlər olur. Bunu da yoxlamışıq və məlum olub ki, avtomotik tənzimləmə rejim olduğu üçün anomal vəziyyət müşahidə olunmayıb. Əgər içəridə hava dözülməz dərəcədə isti olarsa, sərnişin maşinistlə əlaqə yaradıb, müraciət edə bilər.
Qatarlarda mikrooiqlim nəzarət sistemi olduğu üçün maşinistin öz istəyi ilə bunu tənzimləməyə ixtyarı yoxdur”.
Metropoliten rəsmisinin sözlərinə görə, yeni qatarlar hermetik olduğu üçün ventilyasiya sistemi olmasa nəfəs almaq çətin olar:
“Avtomatik tənzimləmə sistemi elə quraşdırılıb ki, nəsə problem yaransa, ehtiyat tədbirlər işə düşür. Yeni qatarlarda pəncərələrin özbaşına açılması problemi olur ki, bu da içəridə havanın tənzimlənməsinə mənfi təsir edir. Bəzi hallarda sərnişinlər sırf zarafat xatirinə maşinistlə əlaqə yaradıb nəsə deyirlər. Bu da maşinistlər üçün müraciətlərin hansının əsaslı olub-olmaması ilə bağlı problem yarada bilir”.
Qurum rəsmisinin sözlərindən belə başa düşmək olar ki, sərnişin axınının gur olduğu vaxtlarda qatarlarda olan isti və havasız şəraitin qarşısının alınması mümkün deyil. Sistem normal işlədiyi üçün vəziyyəti gərginləşdirən sərnişinlərin sayının çox olmasıdır.
Bizim.Media
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












