Yelkənçilərimizdən Gürcüstandakı yarışda birincilik

Azərbaycan Yelkən Federasiyası “Tbilisi Open Championship 2023”də iştirak edib.
14-16 iyul tarixlərində Gürcüstanın Tbilisi şəhərində “Tbilisi Open Championship 2023” yarışı keçirilib. Azərbaycanı yığma komandamızın idmançıları Furkan Mustafayev, Nurlan Ağazadə, Amira Bayramova, Muhammed Məmmədzadə, Kamal Bəşirli, məşqçi Yasin Çakır və komanda rəhbəri Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianni təmsil edib.
3 günlük yarışdan sonra “Tbilisi Open Championship 2023”də nəticələr bəlli olub. Yarışlarda “Junior” kateqoriyasında Kamal Bəşirli1-ci yerə, Furkan Mustafayev2-ci yerə, Muhammed Məmmədzadə 3-cü yerə layiq görülüb.
“Overall” kateqoriyasında isə Kamal Bəşirli 1-ci, Furkan Mustafayev 2-ci, Boris Lukianov (Ukrayna vətəndaşı) isə 3-cü yeri tutub.
Məlumat üçün bildirək ki, “Baku Sailing Regatta 2023”də Gürcüstan Yelkən Federasiyası Azərbaycana qonaq gələrək yarışlarda iştirak etmişdilər. Belə yarışların keçirilməsi qonşu dövlətlərin idman sahəsində də daha sıx əlaqələr qurmağına səbəb olur.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












