Yeni fırıldaqçılıq metodu: “Kim bu əşyanı alsa, pulu aşıb-daşacaq” - FOTO

Son vaxtlar sosial şəbəkədə yeni fırıldaqçılar peyda olub. Onlar pul qazanmaq istəyən sadəlövh adamların etibarından istifadə edərək onlara şirnikləndirici vədlərlə aldadır, onlara müxtəlif aksesuarları dəyərindən 10-15 dəfə baha qiymətə satırlar.
Guya onların təqdim etdikləri pulqablarında, muncuqlarda, bəzək daşlarında qeyri-adi hikmət var. Hər kim bu pulqabını üstündə gəzdirsə, onun pulu aşıb-daşacaq. Beləcə, asan yolla varlanmaq istəyən adamları fırıldaqçılar aldadaraq mallarını dəyərindən qat-qat baha qiymətə satırlar.
Məsələn, fırıldaqçı şəbəkə 10-15 manatlıq adi pul kisəsini 300-400, bəzi hallarda isə 700 manata satırlar. Beləcə, onlar külli miqdarda pul qazanırlar. Qəribədir ki, bu fırıldaqçı şəbəkəyə heç bir müdaxilə hələ ki yoxdur. Ona görə də fırıldaqçıların qurbanlarının sayı günbəgün artır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, bu cür işlər hamısı günahdır:
“İnanclı adam o pul kisəsinə, muncuğa inanırsa, çox böyük günah eləmiş olur. Bu Allaha şərik qoşmaq deməkdir. Allahdan ümidini üzməkdir. Çünki, hər bir insan öz əməyinin və əməlinin qarşılığında mükafatını alır. Heç bir faydalı əməklə məşğul olmayan insan nə qədər də pul kisəsi alsa da onun cibi pulla dolmayacaq. Bunlar hamısı xurafatdır, mövhumatdır. XXI əsrdə buna inanmaq sadəcə ağılsızlıqdır. Pulqabı pulqabıdır də, nə fərqi var? Pulqabı almaqla varlanmaq mümkün olsa idi, onda elə hər kəs özünə gündə bir pulqabı tikərdi”.
Tural İrfan onu da əlavə edib ki, bu cəhalətin və fırıldaqçılığın qarşısını almaq üçün hökmən maarifləndirmə işi aparılmalıdır:
“Araşdırmaq lazımdır ki, bu cür materiallar hansı ölkədən və nə məqsədlə gətirilir. Bu cür hadisələr cahilliyin göstəricisidir. Bir zamanlar bir məktub yazırdılar və onu 7 adama göndərirdilər. Və tövsiyə edirdilər ki, məktub alan hər bir şəxs onu daha 7 nəfərə göndərməlidir.
Guya bununla həmin adam böyük uğurlara sahib çıxacaq.
Amma indiki fırıldaqçılığın sırf kommersiya maraqları var. Belə cahil variantlar əsasən İrandan ixrac olunur. Hətta bir zamanlar İrandan Azərbaycana məhərrəmlikdə sinə vurmaq üçün zəncirlər göndərirdilər. Guya bu zəncirlə özünü döyən adam o biri dünyada cənnəti satın alır. Halbuki, satılan hər zəncir nə qədərsə pul demək idi”.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











