Yeni il gecəsi 3 qadının telefonunu oğurlayan şəxs saxlanılıb - FOTO

Yeni il gecəsi 3 qadının telefonunu oğurlayan şəxs saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən il dekabrın 31-də paytaxtın Səbail rayonu ərazisində 3 qadının müxtəlif markalı mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.
Müəyyən olunub ki, həmin qadınların mobil telefonları dekabrın 31-də Səbail rayonu ərazisində keçirilən bayram yarmarkasında insanların sıx olduğu yerdə oğurlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən paytaxt ərazisində yaşayan Biləsuvar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 24 yaşlı Ağamoğlan Abdalov müəyyən olunaraq saxlanılıb: "Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in “102- Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur".
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO












