Yenidən “Baku Shoping Festival”ın keçirilməsi təklif edilir

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası idarə heyətinin növbəti iclası keşirilib. İclas gündəliyinin əsas mövzusu Bakıda növbəti Ticarət Festivalının ( “Baku Shoping Festival”) keçirilməsi oldu. Assosiasiyanın təşkilatçılığı ilə “Shoping Festival”-ın 2022-ci ilin noyabr ayında keçirilməsi təklif olunur.
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası İdarə heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, Ticarət Festivalının keçirilməsi, həm brend mağazalarının dövriyyəsinin artırılması, həm ölkəyə turist axınının təmin edilməsi, eləcə də, Dövlət Vergi Xidmətinin xətti ilə Dövlət büdcəsinə ödənişlərin artırılması və əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmi ilə nağdsız ödənişlərin artırılması və vergi mədəniyyətinin formalaşdırılmasına müsbət təsir göstərəcək.
“Baku Shoping Festival”-ı çərçivəsində tətbiq edilən xüsusi kampaniya və endirimlər isə yerli istehlakçılara brend geyimlərinin əlverişli qiymətlərlə əldə edilməsi imkanı yaradacaq ki, bu da AFRA fəaliyyətinin prioritet istiqamətlərindəndir”, - deyə Fərid Novruzi bildirdi.
İdarə heyətinin bütün üzvləri “Baku Shoping Festival”-ın keçirilməsi təklifini dəstəkləyərək, festivalın təşkilinə lazımi dəstəyin verilməsinə hazır olduqlarını bildirdilər. İclasın sonunda “Baku Shoping Festival”-ın təşkil edilməsi istiqamətində işlərə start verilməsi, müvafiq dövlət və özəl qurumlar ilə danışıqların aparılması və güzəştlərin tətbiq edilməsi istiqamətində işlərin aparılması haqqında qərar qəbul edildi.
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO












