Yol xəttinə məhəl qoymayan sürücü başqasının zolağına girdi - VİDEO

Ara məsafəsindən istifadə etdi, yol xəttini tapdalayaraq sol zolağa keçdi.
Avtosfer.az xəbər verir ki, hadisə martın 18-i Heydər Əliyev prospektinin başlanğıcında baş verib. Sürücünün videoregistratoruna düşən görüntüdən məlum olduğu kimi öz yoluyla hərəkət edən avtomobillərdən fərqli olaraq sağ tərəfdən anidən gələn maşın onun zolağına girməyə çalışıb. Yolda işarələnən xətti gözardı edən “DongFeng” markalı, 90-PG-376 dövlət nömrə nişanlı avtomobilin sahibi sol istiqamətdə maşınların hərəkətinə məhəl qoymayaraq onlardan birinin yoluna daxil olub.
İşini ehtiyatlı görən sürücü ara məsafəsini nizamladığı üçün araya girən maşınla hər hansı bir qəza şəraitinin yaranmasının qarşısını alıb. Və bunu paylaşaraq öz hesabın işıqlandıran ehtiyatlı sürücü ara məsafəsiylə bağlı məsələyə də toxunub. O qeyd edib ki, mövcud qaydaya uyğun olaraq ara məsafəsini təyin etdiyi zaman bu tipli hallarla çox qarşılaşır. Yaranan ara məsafəsini “qiymətləndirən” sürücülər avtomobillərini həmin hissəyə salaraq özlərini qabağa düşmüş kimi hiss edirlər.
Nərmin Əkbər
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











