Yolların səs-küyünün potensial ölümcül nəticəsi AÇIQLANDI

Yolların yaxınlığında yaşayan insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkirlər.
Oksford Universitetinin tibb professoru Kazem Rahimi səs-küy çirklənməsinin təhlükəli nəticələrini açıqlayıb.
Araşdırmanın aparıcı müəllifi Kazem Rahimi və həmkarları əvvəlcə hipertoniyası olmayan 40-69 yaş arası 240.000 xəstənin səkkiz illik məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, səs-küylü ərazilərdə yaşayan insanların yüksək qan təzyiqi ilə bağlı problemləri daha çox olur. Bu səbəbdən həmin insanlarda infarkt və insultlara səbəb olan potensial ölümcül vəziyyət yaranır. Üstəlik, artan səs-küy səviyyəsi ilə xəstəliyin inkişaf riski də artır. Zərərli təsir havanın zəhərli maddələrlə çirklənməsi ilə daha da güclənir.
Professor qeyd edib ki, onlar sağlamlıq üçün təhlükəsiz olan səs-küy çirklənməsi səviyyəsini tapa bilməyiblər. İnsanlar hətta kiçik səssizlik pozğunluqlarında belə təzyiq problemləri ilə qarşılaşırlar.
Ölçmələr 10 desibeldən başlayıb ki, bu da insan nəfəsinin səsinə uyğundur. "Bu o deməkdir ki, səs-küy səviyyəsi nə qədər yüksək olarsa, gələcəkdə hipertoniya riski bir o qədər yüksək olar", - Rahimi deyib. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












