Yüksək vəzifə verilən polkovnik keçmiş nazirin oğludur - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis müavini təyin edilib.
Polkovnik Azər Məmmədov müvafiq əmrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin olunub. O bu təyinata qədər hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər Məmmədov 1987-1990-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş tanınmış dövlət xadimi Aydın Məmmədovun oğludur.
1969-cu il təvəllüdlü A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub.
Qeyd edək ki, hazırda xidmətin rəisi polkovnik Mürsəl İbrahimovdur. Onun 1-ci müavini general-leytenant Zaur Abdullayev isə ötən həftə vəzifəsindən kənarlaşdırılıb. Bundan əlavə Zaur Abdullayev qalmaqallı general kimi yadda qalıb. Onun 10 il ərzində baş leytenant rütbəsindən general rütbəsinə yüksəlməsi müzakirələrə səbəb olmuşdu.
Fotoda keçmiş nazir Aydın Məmmədov

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












