Yunanıstan Türkiyə ilə sərhəddə hasar tikmək üçün Aİ-dən pul istəyir - FOTO

Yunanıstanın Mülki Müdafiə naziri Takis Teodorikakos yanvarın 22-də Aİ ölkələrinin 27 səfiri ilə görüşündə bəyan edib ki, Yunanıstan-Türkiyə sərhədində hasarın tikintisi layihəsi Aİ-yə qeyri-qanuni miqrasiyaya qarşı yönəlib. Bunu nəzərə alaraq o, Brüsselin, Böyük Britaniya və Şengen ölkələrinin dəstəyini tələb edib.
“Avropa dövlətlərinin və onların vətəndaşlarının təhlükəsizliyi qeyri-qanuni miqrasiyaya qarşı mübarizədən asılıdır. Buna görə də Evrosda xarici sərhədlərin qorunması zəruri şərtdir. Bu səbəbdən layihənin təkcə Yunanıstan dövlətinin deyil, həm də Avropa ictimai rəyinin, həmçinin Avropa İttifaqının özünün və ayrıca Avropa dövlətlərinin dəstəyinə ehtiyacı var”, - Teodorikakos bildirib.
Qeyd edək ki, Yunanıstan hakimiyyəti artıq 37,5 km uzunluğunda hasar çəkib və onlar Evrosda hasarın daha 35 km-ni tikməyi planlaşdırırlar ki, bu da təxminən 100 milyon avroya başa gələcək. Bundan əlavə, bölgədə sərhəd xidmətinin şəxsi heyətinin gücləndirilməsi və genişləndirilməsi nəzərdə tutulur.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











