Yunanıstanda qatar qəzasında ölənlərin sayı 40-ı ötüb

Yunanıstanın Tempe vadisində baş verən qatar qəzasında ölənlərin sayı 43-ə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Larisa şəhərinin məhkəmə-tibbi ekspertiza xidmətinin başçısı Rubini Leontari “ERT”yə açıqlamasında bildirib.
R. Leontarinin sözlərinə görə, ölənlərin kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizi gərəklidir. Belə ki, meyitlər “çox pis vəziyyətdədir”.
Yunanıstan yanğınsöndürmə xidmətinin məlumatına görə, toqquşmadan sonra 72 nəfər xəstəxanaya qaldırılıb. Onlardan 15-i sonradan xəstəxananı tərk edib.
Xatırladaq ki, hadisə yerli vaxtla fevralın 28-dən martın 1-nə keçən gecə baş verib. Afinadan Salonikiyə gedən sərnişin qatarı sürətlə hərəkət edən yük qatarı ilə toqquşub. Fövqəladə vəziyyətlə bağlı aparılan araşdırmalar çərçivəsində Larisadakı dəmiryol vağzalının rəhbəri saxlanılıb. O, günahını etiraf edib.
Yunanıstanın Maliyyə Nazirliyi ölənlərin dövlət hesabına dəfn edilməsinə qərar verib.
Yunanıstan Prezidenti Katerina Sakellaropulu Moldovaya səfərini fəlakət səbəbindən yarımçıq qoyub.
report
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










