“Azərbaycan ordusu ərazilərdən heç bir halda geri çəkilməyəcək”

“Bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməyib”.
Avtosfer.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bu gün keçirdiyi brifinqdə deyib.
Z.Oruc bildirib ki, Azərbaycan ordusu bu mövqeləri qanı-canı ilə qazanıb:
“Yəni qəhrəman Azərbaycan ordusu qanı ilə qazandığı ərazilərdən heç bir halda - nə mülki, nə humanitar məqsədlərlə geri çəkilməyəcək.
Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhyaradıcı qüvvələrin vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaq olacaq”.
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM












