Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, general-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə dair müvafiq göstərişlər verib.
Sonra Quru Qoşunlarının idarə heyəti ilə keçirilən xidməti müşavirədə görülən işlərin təhlili aparılıb, döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı göstərişlər verilib.
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə komandir-rəis heyətinin diqqətinə çatdırıb. Müşavirə iştirakçılarına 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO


















