Zaqatalada bələdiyyə sədrləri cərimələndi - FOTO

Baş İctimai Təhlükəsizlik İdarəsi və Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Faldarlı, Mosul və Kəpənəkçi kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Həmçinin, keçirilən tədbirlər zamanı çirkab sularını su hövzəsinə axıdan şəxslər müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb ediliblər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















