Zaqatalada həmkəndlisinə qarşı quldurluq edən şəxs tutulub - FOTO

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndi ərazisində naməlum şəxsin kənd sakinlərindən birinə yaxınlaşaraq soyuq silahı onun boğaz nahiyəsinə dayaması, eləcə də 100 manat pulunu və mobil telefonunu zorla alması, daha sonra isə zərərçəkmişi yerə yıxaraq hadisə yerindən yayınması barədə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq əməlini törətməkdə şübhəli bilinən Natiq Əzizov saxlanılıb.
Dindirilmə zamanı N.Əzizov törətdiyi əməli etiraf edərək gecə saatlarında həmkəndlisinin qarşısını kəsdiyini, 100 manat pulunu və 500 manat dəyərində "Samsung" markalı mobil telefonunu ələ keçirdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Zaqatala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI













