Zaqatalada iynə vurulan şəxs şok nəticəsində ölüb - YENİLƏNİB

"Zaqatala rayonu Muxax kənd sakini "anafilaktik şok"dan həyatını itirib".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu məlumat Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"1987-ci il təvəllüdlü şəxslə bağlı 13 noyabr saat 22:30-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub. Ünvana təcili yardım briqadası cəlb olunub.
Göstərilən zəruri tibbi yardıma baxmayaraq, saat 23:13-də "anafilaktik şok" diaqnozu ilə şəxsin ambulansda xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.
Mövcud protokollara uyğun olaraq xəstəxanaya çatdırıldıqdan sonra da bütün reanimasiya tədbirlər görülsə də, ölüm faktı öz təsdiqini tapıb", - deyə məlumatda bildirilir.
***
37 yaşlı kişi xəstəxanada ölüb. Avtosfer.az xəbər verir ki, rayonun Muxax kənd sakini 1987-ci il təvəllüdlü Ramazanov Rəfael Məhəmməd oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Xəstəxanada iynə vurulan R.Ramazanov anafilaktik şok nəticəsində ölüb.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












