Zaqatalada keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb - FOTO - VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat tədbiri həyata keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Alişir Afrailov tutulub. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə Alişir Afrailovun Fındıqlı kəndi ərazisində yaşadığı yerə də baxış keçirilib və oradan ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə-qurudulmuş marixuana aşkarlanıb.
Saxlanılan şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, Alişir Afrailovun cinayət əlaqələrinin müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
















