Zaqatalada narkotacirdən odlu silah götürüldü - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan şəxs tutularaq istintaqa təhvil verilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər də oğurluq və əmlakı qəsdən məhvetmə cinayətləri törətdiyi üçün bir neçə dəfə məhkum olunmuş Sərdar Atayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirlən tədbirlərlə saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Həmin ünvandan isə 1 kiloqramdan artıq marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












